İşğaldan azad edilmiş bölgələrə birgə səfərlər ölkədə səmimi dialoq mühitinin formalaşması…
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İyunun 3-də Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya təmsilçiləri, politoloqlar və jurnalistlər Şərqi Zəngəzura növbəti dəfə səfər ediblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə baş tutan səfərdə iştirakçılar Zəngilan və Cəbrayılda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
Onlar həmçinin Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçirdiyi minatəmizləmə prosesini izləyiblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş bölgələrimizdə görülən işlərlə bağlı səfər iştirakçılarına ətraflı məlumat verib.
Qeyd edək ki, bu, siyasi partiya təmsilçilərinin işğaldan azad olunan ərazilərə sayca 7-ci səfəridir.
Bu səfərlərdə Demokratik İslahat Partiyasının da nümayəndələri iştirak ediblər.
Onlar belə səfərlərin işğaldan azad olunmuş bölgələrimizdə aparılan bərpa-quruculuq işləri ilə geniş ictimaiyyətin canlı surətdə tanışlığı baxımından yaxşı fürsət olduğunu qeyd ediblər.
Tam oxu
Xəbəri oxu