İşğaldan azad edilmiş ərazilərimizdə İran hərbçiləri ilə birgə təlim keçirilir

18.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda keçirilən "Araz-2025" birgə təlimi üçün İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hər iki ölkənin təlim rəhbərləri və digər yüksəksəviyyəli üzvləri arasında görüş keçirilib.

Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, "Araz - 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərimizdə mayın 21-dək davam edəcək.

İşğaldan azad edilmiş ərazilərimizdə İran hərbçiləri ilə birgə təlim keçirilir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью