İşğaldan azad olmuş ərazilərdə 29,54 % ərazi minalardan təmizlənib

15.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İşğaldan azad olmuş ərazilərdə ümumi olaraq 29.54 faiz ərazi minalardan təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Baş Prokurorluq tərəfindən işğaldan azad olunmuş Ağdamda təşkil edilmiş regional konfransda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi E.Hüseynov söyləyib.

O çıxışı zamanı bildirib ki, bu günə kimi Ağdam rayonunun 54.24 faizi, Füzuli rayonunun 67.76 faizi, Xocavənd rayonunun isə 7.56 faizi minalardan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью