İşğaldan azad olunan ərazilərdə ən çox nələrə pul xərclənib? Siyahı

11.08.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu ilin ilk yarısında dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 552,4 milyon manat vəsait xərclənib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait aşağıdakı sahələrə yönəldilib:
- Avtomobil yollarının layihələndirilməsi və tikintisi – 1 milyard 58,2 milyon manat;
- Yeni yaşayış komplekslərinin tikintisi – 239,5 milyon manat;
- Su xətləri, kollektorlar və qurğular – 33,7 milyon manat;
- Sənaye parkları və infrastruktur – 20,5 milyon manat;
- Elektrik təchizatı işləri – 1,7 milyon manat.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью