İşğaldan azad olunan ərazilərdəki tibb müəssisələri TƏBİBin tabeliyinə veriləcək?

23.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İşğaldan azad olunan ərazilərdə yerləşən tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi üçün işlər görülür".

Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, həmin ərazilərdə yerləşən tibb müəssisələri TƏBİB-in tabeliyinə verildikdən sonra onların təmiri və yenidən qurulması istiqamətində müvafiq işlər görüləcək:

"Bu müəssisələrdə artıq ezam olunmuş əməkdaşların çalışması deyil, orada doğulub, böyümüş şəxslərin fəaliyyət göstərməsi istiqamətində şərait yaradılacaq və tibbi xidmət təşkil ediləcək".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью