İşğaldan azad olunmuş ərazilərdə tullantıların idarə edilməsinin müasir standartlara uyğun qurulması işlərinə başlanılıb AZƏRTAC

16.11.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Hazırda işğaldan azad olunmuş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərərfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, tullantıların idarə olunması məsələsi xüsusi diqqət tələb edir: “Bakı şəhərində məişət tullantılarının idarə edilməsində artıq nailiyyətlər var. Bölgələrdə isə müasir regional poliqonların və ötürücü məntəqələrin qurulması və mövcud poliqonların reabilitasiyası nəzərdə tutulub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью