İşğaldan azad olunmuş ərazilərin bərpasına bu il 2,6 milyard manat xərclənib | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 567,5 milyon manat xərclənib.
"Unikal" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunun 2 milyard 234,8 milyon manatı infrastruktur layihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərin minalardan təmizlənməsinə yönəldilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu