İşgəncə görən yetim uşaq xəstəxanaya yerləşdirildi

02.09.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Sentyabrın 1-də saat 11 radələrində çoxsaylı xəsarətlər səbəbilə 14 yaşlı oğlan Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.

Hazırda tibb müəssisəsinin müvadiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью