Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə birinci liqasında 32-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” səfərdə “Şanlıurfaspor”un qonağı olub.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Şanlıurfaspor” - “Boluspor” - 3:2
Qollar: Safa Kınalı, 6 (1:0), Enes Alıc, 38 (1:1), Uchenna Ogundu, 45+1 (2:1), Hasan Acar, 55-pen., (3:1), Dean Lico, 77 (3:2)
Vüsal əvvəldən sona kimi matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, bu nəticədən sonra “Boluspor” 45 xalla 10-cu yerdədir. 37 xala malik “Şanlıurfaspor” isə 20 komanda arasında 17-cidir.