“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olundu FOTOLAR

24.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 23-də da Marsol Group və "Misri” restoranının birgə təşkilatçılığı ilə "İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Marsol Group-un sponsor və partnyor şirkətlərinin rəhbərləri iştirak edib. Tədbirdə 40-a yaxın iş adamı bir araya gələrək mövcud əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıqların qurulması və biznes imkanlarının dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Görüş çərçivəsində "Misri” restoranının rəhbəri qonaqları salamlayaraq restoranın fəaliyyəti, xidmət istiqamətləri və təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verib.

Sadəcə birgə axşam ziyafəti deyil, eyni zamanda işgüzar əlaqələrin inkişafına xidmət edən görüşdə iştirakçılar öz fəaliyyət sahələri barədə məlumat verib, təcrübələrini bölüşüb və qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarını müzakirə ediblər. Səmimi ünsiyyət şəraitində keçirilən B2B görüşlər yeni tanışlıqların konkret biznes əlaqələrinə çevrilməsi üçün əlverişli imkan yaradıb.

Marsol Group-un bu kimi təşəbbüsləri sponsor və partnyor şirkətlər arasında davamlı ünsiyyətin təmin olunmasına, biznes dairələrinin bir-biri ilə daha yaxından tanış olmasına və yeni tərəfdaşlıqların formalaşmasına töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью