Icma.az, Redaktor.az saytına istinadən bildirir.
İşə həddindən artıq bağlı olmaq xəstəlik deyil, narahatlıq, stress və özünə inamsızlıqla mübarizə üsulu ola bilər.
Redaktor.az xəbər verir ki, bunu Fontankadakı Psixoloji Dəstək Mərkəzinin rəhbəri Polina Tokareva "NSN"ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyada əmək qanunvericiliyi digər ölkələrlə müqayisədə daha yumşaqdır. Buna görə də Rusiyada "işgüzar" hesab edilən bir çox insan Yaponiya, ABŞ və ya Çində adi işçi sayılar.
Psixoloq bildirib ki, boşanma hallarının çox olduğu cəmiyyətlərdə işə aludə olan insanların sayı da artır. Onun fikrincə, bunun səbəbi insanların boş vaxtlarını necə dəyərləndirəcəklərini bilməməsi, həmçinin daxili perfeksionizm və tənhalıq hissidir.
Tokareva qeyd edib ki, insanlar çox vaxt işə fokuslanmağı seçirlər, çünki iş onların nəzarət edə bildiyi sahədir. O hesab edir ki, işgüzarlığı müalicə etmək lazım deyil, çünki bu, insanın daxili ehtiyacından qaynaqlanır.
Mütəxəssisin fikrincə, bəzi insanlar üçün işə həddindən artıq bağlılıq özünə inamsızlıq və narahatlıq hissini kompensasiya etməyin bir yoludur.
Aytəkin TOFİQQIZI