İshaq Dar Moskvadadır

18.11.2025

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lavrov Pakistanın xarici işlər naziri ilə görüşəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov 18 noyabrda Moskvada Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə danışıqlar aparacaq. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, "Sergey Viktoroviç Lavrov bu gün Pakistanın xarici işlər naziri ilə danışıqlar aparacaq".

Bazar ertəsi günü Lavrov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə danışıqlar aparıb.

Ötən həftə "Independent News Pakistan" diplomatik mənbələrə istinadən İshaq Darın 17-18 noyabr tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfər edəcəyini yazmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью