İŞİD ABŞ nin zərbəsindən sonra itkilərlə üzləşdi

01.02.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Somalinin dağlıq bölgəsinə endirdiyi aviazərbələr zamanı İŞİD terror qruplaşması ciddi itkilər verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset məlumat verib.

"Prezident Donald Trampın göstərişi ilə və Somali Federal Hökuməti ilə koordinasiya əsasında mən ABŞ-nin Afrika Komandanlığına bu gün Somalinin Qolis dağlarında İŞİD yaraqlılarına qarşı koordinasiyalı hava hücumları həyata keçirməyə icazə verdim. İlkin qiymətləndirməmizə görə, çoxlu sayda terrorist öldürülüb. Mülki şəxslər arasında zərərçəkən olmayıb" - o bildirib.

Heqset qeyd edib ki, bu zərbələr ABŞ vətəndaşlarını və digər günahsız mülki insanları təhdid edən İŞİD-i zəiflədəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью