İŞİD ə pul göndərən azərbaycanlılara HÖKM OXUNDU

11.09.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən və terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Eldar Cəlilov və Samir Şeydayev 10 il müddətinə azadlıqdan məhrum edilib və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Eldar Cəlilov və Samir Şeydayev AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham olunurlar.

İttihama əsasən, Eldar Cəlilov və Samir Şeydayevin 2021-ci ildən etibarən müxtəlif vaxtlarda xarici ölkələrdəki üçüncü şəxslərin adına sürətli pulköçürmə sistemləri vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitləri köçürdükləri və həmin vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunması üçün terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) çatdırılmasına yönəldildiyi müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью