İŞİD lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır

05.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyə, İraq, Suriya və İordaniya regionda İŞİD terror təşkilatı ilə mübarizə üzrə dördtərəfli mexanizm yaratmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

Onun sözlərinə görə, bu mexanizm, həmçinin ölkələr arasında ümumi sərhədlərin təhlükəsizliyini təmin edəcək.

"İlkin razılaşmalar artıq əldə olunub. Mexanizm çərçivəsində ilk görüş xarici işlər, müdafiə nazirlərinin və kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə “3+3” formatında İordaniyada keçiriləcək", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью