İŞİD lideri Bağdadi sağdır? VİDEO

26.08.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Ömər ibn Şeybani kimi təqdim edilən şəxslə İŞİD-in keçmiş lideri Əbubəkr əl-Bağdadi arasında diqqətçəkən vizual bənzərliyin əks olunduğu kadrlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, şəkillər və video-kadrlar istifadəçilər arasında geniş müzakirələrə və müxtəlif ehtimallara yol açıb.

Mütəxəssislər bildirir ki, yalnız vizual oxşarlıq bu iddiaların doğruluğunu sübut etmir. Əbubəkr əl-Bağdadinin ölümü 2019-cu ildə ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyatdan sonra DNT analizləri və kəşfiyyat məlumatları ilə rəsmən təsdiqlənib. Dördpendirli pizza

Ekspertlərin sözlərinə görə, kadrlardakı bənzərlik təsadüfi xarici görünüş oxşarlığı, saqqal və geyim stili, eləcə də rəqəmsal montaj və ya deepfake texnologiyasının nəticəsi ola bilər. Məsələ ilə bağlı rəsmi mənbələr hər hansı təsdiqedici dəlil təqdim etməyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью