“İŞİD” şok siyahı dərc etdi: Bu ölkələr hədəfdə

16.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“İŞİD – Xorasan” (İŞİD-in Əfqanıstan qolu) terror qruplaşması öz təbliğat platformasında bu il potensial hücum hədəflərini açıqlayıb.

“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, siyahıya Oktoberfest (Münhen, Almaniya), Venesiya Karnavalı (İtaliya), Kann Film Festivalı (Fransa) və Vyanada Opera Balı (Avstriya) daxildir.

Bu terror təhdidi bir neçə gün əvvəl “İŞİD – Xorasan”ın “Əl-Əzayim Media” adlı yayım platformasında dərc edilib.

Əvvəlki dövrlərdə "Vilayət Xorasan" qruplaşması Moskvada "Crocus City Hall"da baş vermiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью