İŞİD Suriyada təhlükəsizlik qüvvələrinə hücum edib: Ölənlər var

28.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın şərqində yerləşən Deyr əz-Zor şəhərində İŞİD terror təşkilatının silahlılarının hücumu nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, terrorçuların Daxili Təhlükəsizlik Qüvvələrinə hücumu nəticəsində iki əməkdaş həlak olub, daha bir nəfər yaralanıb.

Qeyd edək ki, noyabrın 25-də İŞİD terrorçuları Suriyanın şimal-şərqində yerləşən Həsəkə şəhərində də terror aktı törədiblər. Hadisə nəticəsində iki təhlükəsizlik əməkdaşı həlak olub, beş nəfər yaralanıb.

Bundan əvvəl Suriyanın daxili işlər naziri Ənəs Xəttab hüquq-mühafizə orqanlarının İŞİD-in Deyr əz-Zor, Rəqqa və Həsəkə vilayətlərində dövlət hakimiyyətinin möhkəmləndirilməsi prosesini pozmasına imkan verməyəcəyini bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью