İŞİD Taliban hökumətinin nazirinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb

12.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İŞİD "Taliban"ın miqrasiya naziri Xəlil Rəhman Haqqaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Aamaj News" xəbər agentliyi məlumat yayıb.

İŞİD Xəlil Rəhman Haqqanin qruplaşma üzvü tərəfindən həyata keçirilən intihar hücumu nəticəsində öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, ötən gün intihar hücumu nəticəsində həyatını itirən Xəlil Rəhman Haqqani Əfqanıstanın daxili işlər naziri və "Taliban"ın ali lideri hesab olunan Heybətulla Axundzadənin "sağ əli" hesab olunan Siracəddin Haqqanin yaxın qohumudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью