İŞİD təbliğatda süni intellektdən istifadə etməyə başlayıb

22.05.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İŞİD, "Vilayət Xorasan", "Əl-Qaidə" kimi terror təşkilatlarının tərəfdarları öz təbliğatlarında süni intellekt texnologiyalarından aktiv şəkildə istifadə etməyə başlayıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın Krasnoyarsk şəhərində keçirilən "Antiterror" forumunda MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbər müavini Sergey Zubkov məlumat verib.

O qeyd edib ki, internetdə terrorizm ideologiyasının təbliğatının güclənməsi səbəbindən MDB ölkələri üçün terror təhdidləri artıb.

Zubkovun sözlərinə görə, MDB ölkələrində qadağan edilmiş "İslam Dövləti - Vilayət Xorasan" təşkilatı Əfqanıstanda informasiya sahəsində yüksək fəallıq göstərir.

"Bu təşkilat son dörd il ərzində regional terror qrupundan informasiya-telekommunikasiya texnologiyalarından öz maraqları naminə istifadə etmək yanaşması ilə şərtlənən geniş informasiya imkanlarına malik təşkilata çevrilib", - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью