İŞİDin Suriyada terror aktının qarşısı alındı

11.01.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya hökumətinin təhlükəsizlik qüvvələri Dəməşqin cənubundakı Seyidə Zeynəb məscidində partlayışın qarşısını almaq üçün əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Suriya kəşfiyyat xidmətindəki mənbənin verdiyi məlumata görə, terror aktı İŞİD terror təşkilatının silahlıları tərəfindən hazırlanıb.

“Əməliyyat nəticəsində Suriya xalqına qarşı bu böyük vəhşiliyin hazırlanmasında iştirak edən İŞİD üzvləri həbs edilib”, - deyə mənbə vurğulayıb.

SANA agentliyinin saytında terror aktı törətməyə cəhd edən saxlanılan şəxslərin fotoşəkilləri və onlardan müsadirə edilən silah və partlayıcı maddələr yerləşdirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью