İşığa çevrilən söz “Əkinçi” | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hafiz Təmirov, polis polkovnikiO bu millətin ən qiymətli sərvətinə çevrilməyi bacardı İyulun 22-də milli mətbuatımız yaranmasının 150-ci ildönümünü qeyd etdi.
Ötən dövr ərzində keçdiyi tarixi yolda zilləti çox oldu, ancaq milləti zamanla ayaqlaşmağa doğru irəli dartan gücü tükənsə də ümidi üzülmədi, səbri tükənmədi.
Onun hər dirənişində minilliklərdən boylanan söz yaddaşımız təzələndi, zehnimizdəki buxovlar qırıq-qırıq oldu.
Təəssüflər olsun ki, gələcəyə doğru işıq sürəti ilə getmək istəyimizin qarşısını bəzən “Oxutmuram, əl çəkin”lər də kəsdi. Dözdü, Sözümüz.
Əlində kitab gördüyü uşağın, gəncin məhz söz adlı zirehi geyindikdən, söz adlı səngərə sığındıqdan sonra onun çəkdiklərini çəkməyəcəyinə, onun dözdüklərinə dözməyəcəyinə, üsyankar, azad bir ruhla yetişəcəyinə əmin olan Həsən Bəy Zərdabilərin maarifçilik missiyası günümüzə qədər o əzmlə davam etdi.
Cümhuriyyətimizi qurdu sözümüz, milli mətbuatımız. “Əkinçi”nin milli şüura səpdiyi azadlıq toxumu neçə-neçə aydınlar yetişdirdi.
Onlar XX əsrin əvvəllərində Avropanı zəkaları ilə mat qoydular, azərbaycanlı olduqları ilə qürur duydular.
Tam oxu
Xəbəri oxu