İşığa qərq edəcək ömrümün gecəsini... Jerar de Nervaldan şeirlər

22.05.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün romantizm hərəkatının ən güclü nümayəndələrindən biri, məşhur fransız yazar, şair və səyyah Jerar de Nervalın doğum günüdür.

Kulis.az onun şeirlərini Hamlet Qocanın tərcüməsində təqdim edir.

DAYANACAQ


Səfər vaxtı ən gözəl yer dayanacaqdır,
İki mənzil arasına aləm düzülür.
Atlar çəkir, yol uzanır, qamçı səslənir,
Göz görməkdən doyur, bədən üzülür.
Dayanacaq - göz oxşayan gözəl bir çəmən,
Əlvan gül-çiçəyə bürünüb aləm.
Qovaq kölgəsində bulaqlar sızır,
Yolun yorğunluğu uçur gözündən.
Uzan bu çəməndə, həyatı dinlə,
Ləzzət al güllərin təravətindən,
Göyü heyran-heyran süzdüyün zaman
Bir səda gələcək yerdəkilərdən:
"Yolçu yolda gərək, getdik, ay adam!"

LÜKSEMBURQ XİYABANI


Bir qız çıxdı yoluma,
Süzdü qaranquş kimi.
Əlində əlvan çiçək,
Dilində şirin nəğmə,
Oda saldı qəlbimi.
Bəlkə onu gəzmişəm,
Sınayıb neçəsini.
İndi bircə baxışla,
İşığa qərq edəcək

Ömrümün gecəsini.

Heyif, keçib gəncliyim,
Çoxdan vidalaşdığım
Şirin bir xəyaldı bu.
Gənclik, gözəllik olur
Qocalığın arzusu...

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi “Rənglərlə danışan Abdurrahman” adlı rəsm sərgisi keçirildi Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью