İsinmək üçün tonqal qalayan şəxs avtoservisi yandırdı 5 avtomobil kül oldu VİDEO

04.02.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Avtoservisdə baş verən yanğında 5 avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Məlumata görə, Sarıyer rayonunda yerləşən avtoservislərin birinin dayanacağında yanğın baş verib. Ətrafdakıların çağırışı ilə hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Yanğınsöndürənlər alovu ram etsə də, 5 nəqliyyat vasitəsi yanaraq yararsız vəziyyətə düşüb. Bundan sonra polis şübhəli yanğınla bağlı ərazidə yerləşən təhlükəsizlik kamerası görüntülərini araşdıraraq yanğın zamanı bir şübhəlinin hadisə yerindən uzaqlaşdığını müəyyən edib.

Hakim Aynur Rzayeva ölümünə səbəb olan sürücü barədə qərar verildi - Şəhid övladı idi

Görüntülərdən sonra polis əməkdaşları şübhəli şəxsə bənzəyən bir şəxsi saxlamağa çalışıb. Lakin həmin şəxs polisi görən kimi qaçmağa başlayıb. Buna baxmayaraq o, qısa müddətdə saxlanılıb. Dindirildikdən sonra Kazım K. cinayəti etiraf edib. Tikinti işçisi kimi tanınan Kazım K. Polisə ifadəsində isinmək üçün karton və plastikdən tonqal yandırdığını, alovun yayıldığını və daha sonra qorxudan hadisə yerindən qaçdığını bildirib.

Müxtəlif cinayətlərdə adı hallanan və şərti azadlıqda olan Kazım K. məhkəmənin qərarı ilə “əmlaka zərər vurmaq” ittihamı ilə həbs edilib.

Namiq Musayev

Oxunub 28

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью