İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub VİDEO

20.10.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yol işıqsız qalıb.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri yolda yaranan vəziyyəti lentə alaraq sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdən aydın olur ki, yolda işıqlandırma olmadığından sürücülər yalnız avtomobillərinin faralarının işığı ilə hərəkət etmək məcburiyyətində qalırlar.

Şikayətçinin sözlərinə görə, qəsəbədə bu vəziyyət illərdir davam edir. Ərazidə işıq dirəkləri olsa da, onların heç biri işləmir.

Yolun işıqlandırılmaması xüsusilə gecə saatlarında həm sürücülərin, həm də piyadaların hərəkətini çətinləşdirir və qəza riskini artırır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228041.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью