İşıq dirəyi piyadanın üzərinə aşdı, ağır xəsarətlər aldı VİDEO

18.03.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşıq dirəyi səkidə gedən piyadanın üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Kadrlarda əli çantalı bir şəxsin səki ilə hərəkət etdiyi və anidən dəmir konstruksiyalı işıq dirəyinin onun üzərinə aşıdığı görülür.

Yerli medianın məlumatına görə, hadisə nəticəsində şəxs baş nahiyyəsindən ağır xəsarətlər alıb. Yaralı, ətrafdakı vətəndaşların xəbər verməsindən sonra gələn təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Sözügedən insidentin videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью