İşıq idarəsinin rəis müavinini tok vurub öldürdü

11.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Modern.az Apa-ya istinadən məlumat verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью