Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Yaşıl enerjiyə keçid siyasətinin yaradacağı nəticələr hökümətin enerji tariflərini yenidən nəzərdən keçirməsini zəruri edir. Hazırda bir çox ərazilərdə enerji təminatı tam formalaşmayıb, bəzi yaşayış məntəqələrində yalnız elektrik enerjisi mövcuddur.
Tariflərə dəyişiklik edilməsinin zəruriliyi haqqında iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu vəziyyət enerji tariflərinin differensiyalaşdırılması və güzəştli tariflərin tətbiqi ilə bağlı ciddi çağırışlar yaradır:
"Faktiki olaraq həm qazdan, həm də elektrikdən istifadə edən ailələr daha aşağı qiymətli limitlərdən yararlana bilirlər. Lakin yalnız elektrik enerjisi ilə təmin olunan və qazdan istifadə imkanı olmayan ailələr bu üstünlüklərdən məhrum qalır.
Xüsusilə yay və qış mövsümlərində isitmə və soyutma məqsədilə elektrik enerjisindən istifadə bu ailələrin xərclərini kəskin artırır və ciddi disbalans yaradır. Nəticədə ailə gəlirlərinin xərclər strukturu arasında nəzərəçarpacaq fərqlər formalaşır".
O bildirib ki, bu amil nəzərə alınmaqla hökumət daha əlverişli tariflərin müəyyən edilməsi, yalnız bir enerji növü ilə təmin olunan abonentlər üçün güzəştli satış şərtlərinin yenilənməsi, limitlərin artırılması kimi mexanizmlər üzərində işləməlidir:
"Dünya təcrübəsində bu sahədə müxtəlif yanaşmalar mövcuddur. Bir sıra ölkələrdə tariflər üzrə güzəştlər tətbiq olunur və ya enerji xərclərinin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. Digər modellərdə isə enerji sərfiyyatının azaldılmasına yönəlmiş iri layihələr həyata keçirilir. Məsələn, Almaniyada 2022-ci ildən sonra bir il ərzində yaşayış binalarının izolyasiyası və enerji səmərəliliyinin artırılması üzrə genişmiqyaslı proqramlar icra olunub. Məqsəd ümumi enerji tələbatını azaltmaq idi".
Ekspert deyib ki, bu cür yanaşmalarla hökumət enerji xərclərinin bir hissəsini üzərinə götürür, enerji sərfiyyatını optimallaşdırır və uzunmüddətli dövrdə xərclərin artımını kompensasiya edir.
"Azərbaycan da bu modellərdən birini seçə və ya hibrid formada tətbiq edə bilər"- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Tariflərə dəyişiklik edilməsinin zəruriliyi haqqında iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu vəziyyət enerji tariflərinin differensiyalaşdırılması və güzəştli tariflərin tətbiqi ilə bağlı ciddi çağırışlar yaradır: