İşıq, su və qaz: 68 min manat vətəndaşlara qaytarıldı

23.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar–sentyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 276 istehlakçı müraciəti təmin edilib.

“Yeni Sabah” xəbər verir ki, təmin olunmuş müraciətlər üzrə istehlakçılara qaytarılması, bərpa edilməsi və əsassız hesablandığı üçün silinməsi təmin edilmiş vəsaitin ümumi məbləği 67 min 881,97 manat (təxminən 68 min manat) təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründəki 17 min 191,1 manatla müqayisədə 4 dəfəyədək artıb.

Təmin edilmiş müraciətlərin sahələr üzrə bölgüsünə əsasən, elektrik enerjisi xidməti üzrə 89, içməli su xidməti üzrə 54, qaz təchizatı xidməti üzrə 45, rabitə xidməti üzrə 35, istilik enerjisi xidməti üzrə 19, hava yolu nəqliyyatı xidməti üzrə 17, dəmir yolu nəqliyyatı xidməti üzrə 7, kanalizasiya xidməti üzrə 5, poçt xidməti üzrə 3, digər sahələr üzrə isə 2 müraciət öz həllini tapıb. Elektronika məhsulları

Agentlikdən bildirilib ki, görülən tədbirlər istehlakçıların pozulmuş hüquqlarının bərpasına, mənafelərinin qorunmasına və təbii inhisar subyektlərinin xidmətlərində məmnunluğun artırılmasına yönəlib.

Cəlalə Cəlalqızı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью