İşıqforu heçə sayan sürücü 3 bal 100 manatlıq qayda pozdu 77 XA 075 VİDEO

12.06.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsində qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 11-də günorta saatlarında qeydə alınıb. Kadrdan da aydın olduğu kimi, 77-XA-075 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan hərəkətinə davam edib.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, 100 manat məbləğində cəriməylə nəticələnir. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью