İşıqlar söndü, insanlar attraksionda qaldılar DƏHŞƏT

24.11.2024

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Odessada işıqların sönməsi səbəbindən insanlar attraksionda ilişib qaldılar.

News24.az baku.ws-a istinadla xəbər verir ki, bu barədə ukrayna mətbuatı "Strana.ua" Telegram-kanalında məlumat yayıb.

Məlumata görə, hadisə Şevçenko parkında baş verib. Hadisə yerinə xilasedicilər cəlb edilib. Digər təfərrüatlar hələlik verilmir.

Qeyd edək ki, son günlərdə Odessada elektrik kəsintiləri müşahidə olunur. Bəzi məlumatlara görə, bəzı evlərdə işıq artıq iki gündür yoxdur. Başqa yerlərdə isə işıq yalnız üç saat müddətinə bərpa edilib. Bu səbəbdən şəhər sakinləri yaxın günlərdə bir neçə küçədə yolu bağlayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью