İşıqlı təfəkkür sahibi ŞƏRH

18.11.2026

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

YAP Lerik rayon təşkilatında növbəti tədbir partiya üzvü, uzun illər pedaqoji sahədə səmərəli fəaliyyət göstərmiş, hazırda isə məktəb direktoru vəzifəsində çalışan Fərman Süleyman oğlu Haşimovun yubileyi münasibətilə təşkil olunmuşdu.
YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, sədr müavini Elnur Məmmədovun, təşkilatın əməkdaşı Elman Rəcəbovun, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun və Qarabağ müharibəsi və şəhid ailələri ictimai birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikovun iştirak etdikləri tədbirdə çıxışlar zamanı Fərman müəllimi yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək işlərində uğurlar arzulayıblar.
Daha sonra bildirilib ki, Fərman Haşımov uzun illər pedaqoji fəaliyyət göstərərək gənc nəslin təlim-tərbiyəsi, savadlı və Vətənə layiqli övlad kimi yetişməsi istiqamətində böyük işlər görüb. Hazırda məktəb direktoru olan dəyərli ziyalımız təhsil sahəsində qazandığı təcrübə və məsuliyyətli fəaliyyəti ilə seçilir. Həmçinin onun Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai-siyasi proseslərdə iştirakı, partiyanın ideya və prinsiplərinə sadiqliyi, dövlətçilik ənənələrinin qorunması və gənc nəslə aşılanması istiqamətində gördükləri çoxlarına nümunədir. Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinə və milli maraqlara bağlılıq, müstəqil Azərbaycanın inkişafına töhfə vermək Fərman müəllimin həm pedaqoji, həm də ictimai fəaliyyətinin əsas istiqamətlərindəndir.
Yubilyar Fərman Haşımov göstərilən diqqət və səmimi təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, Yeni Azərbaycan Partiyasına üzv olmaqdan qürur duyduğunu deyib, bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, təhsilin inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini vurğulayıb.
Sonda YAP Lerik rayon təşkilatı tərəfindən Haşımov Fərman Haşimova yubileyi münasibətilə uzunillik səmərəli pedaqoji fəaliyyətinə və partiya işində xidmətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

Tural Əliyev,

Lerik rayonundakı Dəstər kənd məktəbinin müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью