İsitmə avadanlıqları satan şirkət 84 min manat cərimələndi

25.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az Yurd.Media-ya istinadla xəbər verir ki, isitmə və sanitariya avadanlıqları üzrə ixtisaslaşmış "A.E.S.-TRADİNG” MMC tərəfindən 212 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 42,4 min avro (təxminən 84 min manat) cərimə olunub.

Qeyd edək ki, “A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin direktoru Eynulla Cəbrayılovdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью