İslahatçı siyasəti kənara qoyub, fanatik siyasət keçirən prezident millətə verdiyi vədləri unudub Video

20.02.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Pezeşkian seçki dövründə özünü çox islahatçı biri kimi tanıdırdı. İslam Respublikasının islahatçıları ona himayədarlıq etdi və insanlar da ona səs verdi. Onun islahatlar edəcəyi və vəziyyəti düzəldəcəyi gözlənilirdi. Özünə müavinlər seçəndə məlum oldu ki, heç bir islahat edə bilməyəcək. Onun iqtisadiyyatı düzəltməyə, iş yerləri yaratmağa ixtiyarı yoxdur. Onun 17-18 yardımçısının içində 70 faizi demək olar ki, Pezeşkiana səs verməyib. Bu şəxslər Pezeşkianın siyasəti ilə də müxalifdir. Pezeşkianı Əli Xamenei seçib və ətrafını da müəyyən edib”.

Güneyli siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 3-4 ay əvvəl Pezeşkianın qüsurlarının üstünü örtməyə çalışırdılar və deyirdilər ki, hələ yeni seçilib, siyasət gələndən sonra işləri həyata keçirsin, amma bu gün həmin şəxslər Pezeşkiana müxalifdir, çünki Pezeşkian verdiyi vədlərin heç birini yerinə yetirməyib.

Maşallah Rəzmi

“Pezeşkian islahatçı siyasəti kənara qoyub, tam radikal və fanatik siyasət yürüdür. “Nə olsun ki, Təbrizdə “Heydər Baba” şeirini oxuyub. Xozistanda su yoxdur, təmiz hava yoxdur, hava tozludur, iş yoxdur. Gedib insanların vəziyyətini yaxşılaşdırmaq əvəzinə əlinə bel-kürək götürüb bina tikir, bənnalıq edirdi. Pezeşkian populist addımlar atır. Millət sənə səs verməyib ki, gedib bənnalıq edəsən. Millət sənə səs verib ki, islahat edəsən, millətin dərdinə yetişəsən və indiki gərgin vəziyyətdən milləti çıxarasan. Mənə elə gəlir ki, onun özünün də inamı yoxdur ki, bir iş görə biləcək”-deyə Maşallah Rəzmi qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью