İslam dini qan donorluğuna icazə verir, orqan köçürməsinə icazə verilmir... İlahiyyatçı şə…
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. 2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub
Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir.
Öz orqanlarını bağışlamaq istəyənlərin də sayı artıb.Bəs İslam dini orqan bağışlamağı qəbul edirmi?
İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dinində insan hər hansı bir orqanını kiməsə verə bilməz, din buna icazə vermir.
“Hətta morqda dünyasını dəyişmiş bir kəsi ekspert yardıqda belə, lazım olan cavabı əldə etmək üçün donor-analiz götürə bilər.
Amma hansısa bir orqanını götürərək bir xəstəyə köçürə bilməz”-deyən ilahiyyatçı bildirib ki, yalnız qan vermək istisnadır, İslam dini qan verməyə icazə verir.
“Orqan donorluğu və transplantasiyası hər il minlərlə insanın həyatını xilas edir və sağaldır və İslam da daxil olmaqla, Birləşmiş Ştatlarda bütün əsas dinlər tərəfindən dəstəklənən səxavətli bir hərəkətdir.
Orqan donorluğunun əhəmiyyəti sosial, mədəni və dini sərhədləri aşır.
Tam oxu
Xəbəri oxu