“İslam dünyası Qəzza məsələsi ilə bağlı hələ də kollektiv addım atmayıb”

14.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

“İslam dünyası Qəzza məsələsi ilə bağlı heç bir kollektiv addım atmayıb”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya və Pakistan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.

"Qəzza ürəyimizdəki ağrı, içimizdəki bir yaradır. O ağrıları yüngülləşdirmək və bağlamaq üçün çox çalışırıq. Təəssüf ki, İslam dünyası bu mövzuda hələ də kollektiv addım atmayıb. Biz ürəklərin birlikdə döyünməsini gözlədiyimiz halda, bunu təmin edə bilmədik. Bu mövzuda nöqsanlarımızı aradan qaldırmalıyıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью