İslam Əməkdaşlıq Təşkilatının Baş katibi də başsağlığı verdi

25.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha dekabrın 25-də Aktauda təyyarə qəzasında həlak olanlarla əlaqədar Azərbaycana başsağlığı verib.

Manset.az xəbər verir ki, bəyanat təşkilatın saytında yerləşdirilib.

Baş katib həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, hadisə nəticəsində xəsarət alanlara şəfa diləyib, bu faciədən sonra İƏT-in Azərbaycan ilə həmrəyliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью