İslam İnkişaf Bankı Azərbaycanda 77 layihəyə 1,3 milyard dollar yatırıb

22.05.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

"İslam İnkişaf Bankı indiyədək Azərbaycanda 1,3 milyard ABŞ dolları həcmində 77 layihəni maliyyələşdirib".

APA xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun baş iqtisadçısı Areef Suleman deyib.

O vurğulayıb ki, bu layihələrin əksəriyyəti energetika sektorunu əhatə edir:

"Lakin kənd təsərrüfatı da digər sahələr kimi maraq doğurur. Məhz bu səbəbdən biz digər tərəfdaş ölkələr kimi Azərbaycana dəstəyimizi gələcəkdə də davam etdirəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью