Icma.az, Metbuat portalına istinadən məlumat yayır. 22-23 fevral 2025-ci il tarixlərində Kiçik və Orta Biznesin inkişafı Agentliyinin Bakı K
Metbuat.az xəbər verir ki, tədbirə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyevin açılış nitqiylə başlanılıb.
Sonra söz “Alizadeh” şirkətinin direktoru Kazım Mustafazadəyə verilib. Təlim 2 modulda təşkil olunub.
I modulda Mərmərə Universiteti İslam İqtisadiyyatı və Maliyyəsi İnstitutunun dosenti, Dr.
Murat Yaş bir gün ərzində İslam maliyyə alətləri olan İcara, Murabaha, Muşarəkə, Mudarəbə, Salam, İstisna, Vəkalətə toxunub O, həmçinin İslam istiqrazları olan Sukuk, İslam törəmə maliyyə alətləri, London, Dubay, Malayziya Fond bazarlarında İslam qiymətli kağızlarının alqı – satqısından danışıb.
Tədbirin ikinci günü keçirilən II modulda isə İKAM-ın direktoru Dr.
Melih Turan Türkiyədə İslam bankçılığının mövcud vəziyyətinə, İslam Fintexlərinə yer ayırıb.
Burada İslam banklarının rəqəmsal həllərinə, mobil tətbiqlərinə, Kraudfandinq, e-ticarət ödəmə sistemlərinə, Halal pay, elektron kassa, mobil investsiya kimi Fintex alətlərinə diqqət yetirilib.