İslam Maxaçev “Qızıl top”a namizədini açıqladı

09.09.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

UFC-nin yarımortaq çəkidə (77 kq) çempionu İslam Maxaçev bu il “Qızıl top” mükafatına layiq gördüyü futbolçunun adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Match TV”yə müsahibə verən 34 yaşlı rusiyalı döyüşçü fəxri mükafatı PSJ-nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyaya verəcəyini bildirib:

“Dünya çempionatındakı çıxışları kənara qoysaq, mən “Qızıl top”u Kvaratsxeliyaya verərdim”.

Qeyd edək ki, Xviça Kvaratsxeliya cari ildə nüfuzlu mükafata namizəd göstərilən 30 futbolçu arasında yer alır.

70-ci dəfə təşkil olunacaq 2026-cı il “Qızıl top” təqdimetmə mərasimi oktyabrın 26-da Londonda baş tutacaq. Mükafatın son qalibi isə PSJ və Fransa yığmasının hücumçusu Usman Dembeledir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью