İslam Maxaçev titulunu qorudu UFC də 17 ci ardıcıl qələbə

16.08.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev titulunu ilk dəfə uğurla müdafiə edib.

Apasport.az xəbər verir ki, rusiyalı döyüşçü ABŞ-nin Filadelfiya şəhərində keçirilən UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İan Maçado Qarri ilə qarşılaşıb.

Beş raund davam edən görüş Maxaçevin hakimlərin yekdil qərarı ilə qələbəsi ilə başa çatıb. Hakimlər döyüşü 49:46, 49:46 və 48:47 hesabları ilə çempionun xeyrinə qiymətləndiriblər.

Bununla da Maxaçev yarımorta çəkidə kəmərini ilk dəfə qoruyub və UFC-də ardıcıl qələbələrinin sayını 17-yə çatdırıb. 

Qeyd edək ki, Maxaçev yarımorta çəki kəmərini Cek Della Maddalenanı məğlub etdikdən sonra qazanmışdı.

Hollouey Makqreqorun dönüşünü korladı - İlk raundda texniki nokaut Topuriya revanş istəyir - Qetjidən rədd cavabı UFC: Bakı turniri 297 milyon baxış toplayıb Azərbaycan sumoçuları Avropa çempionatında dörd medal qazanıblar Tofiq Musayev: “Çəkdiyimiz əziyyət yerdə qalmayacaq”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью