Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı İslam Maxaçev növbəti qarşılaşmasını orta çəki dərəcəsində UFC-nin hazırki çempionu olan avstraliyalı Cek Della Maddalenaya qarşı keçirəcək.
Oxu.Az "Bloody Elbow" resursuna istinadla xəbər verir ki, bunu Həbib Nurməhəmmədov azarkeşlərlə görüş zamanı deyib.
Bildirilir ki, Maxaçevin döyüşü Nyu-Yorkda "Madison Square Garden" arenasında UFC 322 turnirinin əsas görüşü olacaq.
Turnir noyabrın 15-də keçirilə bilər, dəqiq tarix hələlik məlum deyil.
Qeyd edək ki, Maxaçevin MMA karyerası ərzində 27 qələbəsi və bir məğlubiyyəti, Della Maddalenanın 18 qələbəsi və iki məğlubiyyəti var.