Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İsrailin sionist rejimi kütləvi qətllərlə regionda qeyri-sabitlik yaymaq istəyir..." İslam ölkələri birləşməli və sionist rejimin təcavüzünə qarşı çıxmalıdır.
Moderator.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci sammitində çıxışı zamanı bəyan edib.
Məlumatı İranın "Mehr" informasiya agentliyi yayıb. "Bizim dini, hüquqi və insani borcumuz regionda böhranlı vəziyyətin bundan sonra da müsə
"İsrailin sionist rejimi kütləvi qətllərlə regionda qeyri-sabitlik yaymaq istəyir", - Pezeşkian deyib.
Daha sonra o, ümid etdiyini ifadə edib ki, Misirin D-8 təşkilatında sədrlik etdiyi zaman "biz təşkilat üzvləri arasında dostluq və qardaşlığın dərinləşməsinin, habelə çoxtərəfli əməkdaşlığın genişlənməsi prosesində ciddi addımların şahidləri olacağıq".
Pezeşkian müsəlman ölkələrinin gənc nəslinə millətlərin rifah halının yüksəldilməsi üçün investisiya qoyulmasına çağırış edib.
O, qeyd edib ki, İran D-8 birgə bankının yaradılmasının əsasının qoyulmasına hazırdır.