Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində karate yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 68 kq çəki dərəcəsində təmsilçimiz İrina Zaretska 1/4 final mərhələsində iordaniyalı rəqibi Joud Aldrousu 5:2 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra İrina Zaretska yarımfinala vəsiqə qazanıb.
Karateçilərimız Gürcüstanda keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar Beş karateçimiz dünya çempionatına lisenziya qazanıb - FOTO Azərbaycan karateçiləri Parisə yollanıblar Karateçilərimiz dünya çempionatında 5 medal qazanıblar Azərbaycanın bayraqdarı: “Geriyə yol yoxdur — mən yalnız irəli baxıram”