İslam Oyunları: Medal sıralaması

10.11.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti yarış günündən sonra medal cədvəli yenilənib.

Apasport.az xəbər verir ki, hazırda turnirə Türkiyə liderlik edir. Qardaş ölkənin idmançıları 26 qızıl, 6 gümüş və 4 bürünc medal qazanaraq ümumilikdə 36 medalla birinci pillədə qərarlaşıblar.

İkinci yerdə 17 medalla Özbəkistan (4 qızıl, 9 gümüş, 4 bürünc), üçüncü pillədə isə Nigeriya (4 qızıl, 1 gümüş, 1 bürünc) yer alıb.

Azərbaycan idmançıları da uğurlu çıxışlarını davam etdirir. Təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 12 bürünc medal olmaqla ümumilikdə 17 mükafat toplayaraq medal sıralamasında 6-cı pillədə qərarlaşıblar.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.

Azərbaycan millisi Parisdə daha iki medal qazanıb VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək qılıncoynadanlar müəyyənləşib Ağırlıqqaldıranımız Avropa birinciliyinin qalibi olub Atıcımız Dünya Kubokunda bürünc medal qazanıb İdmançımız Avropa birinciliyində 3 gümüş medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью