İslam Oyunları: Milli komandamız finala vəsiqə qazanıb

10.11.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Apasport.az saytının turnirə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cüdo yığmamız qarışıq komanda yarışının yarımfinalında Qazaxıstanla üz-üzə gəlib.

Yığma komandamız rəqibini 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. 

Həlledici görüşdə millimiz Özbəkistanla üz-üzə gələcək. 

Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib. 

Südabə Ağayeva İslamiadanın çempionu oldu - YENİLƏNİB İslam Oyunları: Aytac Qardaşxanlı bürünc medal qazandı - YENİLƏNİB Zelim Kotsoyev İslam Oyunlarının finalında Daha bir cüdoçumuz İslamiadanın yarımfinalına vəsiqə qazanıb İslamiada: Olimpiya çempionumuz yarımfinalda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью