“İslam Oyunlarında ikinci heyətlə çıxış etməyə məcburuq” Faiq Qarayevin ə AÇIQLAMASI

28.10.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan qadın voleybol millisinin üzvləri hazırda ciddi şəkildə İslam Oyunlarına hazırlışırlar. Komanda məşqlərini Milli Aviasiya Akademiyasının voleybol klubunun idman zalında davam etdirir.

İdman.Biz baş məşqçi Faiq Qarayevlə əlaqə saxlayaraq, yığmanın bu turnirdəki məqsədləri və şansları barədə danışıb:

“Əlbəttə, ən yüksək məqsədləri də müəyyənləşdirmək olar, amma buna dəyməz, çünki demək olar, şansımız yoxdur... Biz Səudiyyə Ərəbistanına demək olar ki, ikinci heyətlə gedirik. Ən güclü voleybolçularımız Rusiya, Yunanıstan, Türkiyə və İsrail çempionatlarında çıxış edirlər. Təəssüf ki, bu ölkələrin heç bir klubu voleybolçularımızdan heç birini buraxmadı! Bu da başadüşüləndir, çünki həmin ölkələrin çempionatları hazırda qızğın mərhələdədir və klublara bu məsələdə irad bildirmək düzgün olmaz. Amma belə bir heyətdən çempionluq tələb etmək də doğru deyil. Əgər yarımfinala yüksələ bilsək, buna çox sevinəcəyik”, – deyə F Qarayev bildirib.
Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью