İslam Oyunlarının açılış mərasimi baş tutub

07.11.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində rəsmi paraddan keçirlər.

Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşının məlumatına görə, tədbir "Al Janadryah"da təşkil olunur.

Paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyırlar.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.

Oskar Piastri: “Bakı mənim üçün xüsusi trekdir” İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda Avropa Gənclər Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью