Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal və Səbail rayonlarını birləşdirən və ötən ildən piyadalaşdırılmasına qərar verilən küçə ilə bağlı müzakirələr davam edir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar İslam Səfərli küçəsinin aqibətinin necə olacağı ilə əlaqədar müxtəlif fikirlər səsləndirir.
Bir qism istifadəçi küçədəki işlərin yarımçıq dayandırılacağını, ya da hansısa ciddi dəyişikliyin olmayacağını bildirir.
Məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daha əvvəl də münasibət bildirilsə də, küçənin necə dəyişəcəyini yalnız təmirdən sonra biləcəyik.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev İslam Səfərli küçəsinin birləşdiyi digər yollarla bağlı da təklif verib.
Öz sosial şəbəkə hesabında paylaşım edən ekspert qeyd edib ki, İslam Səfərli küçəsinin piyadalaşdırılması Qış Parkı ilə Fəvvarələr Meydanı arasında fasiləsiz piyada marşrutu yaradır və bu, müsbət addımdır.
“Amma Füzuli, Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində eyni səviyyəli piyada keçidləri və avtobus dayanacaqlarının sayı artırılmasa, layihə tam işlək olmayacaq.