İslamabad bağlanıb: ABŞ İran danışıqları ərəfəsində gərginlik artır

24.04.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İslamabadda sərt təhlükəsizlik tədbirləri davam edir, ABŞ–İran danışıqları gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistan rəsmiləri "Reuters" agentliyinə açıqlama veriblər.

Bildirilib ki, ABŞ və İran arasında mümkün danışıqların yaxınlaşması ilə bağlı açıq təsdiq olmasa da, Pakistanın paytaxtı İslamabadda yüksək səviyyəli təhlükəsizlik tədbirləri qüvvədə qalır.

Qeyd olunub ki, rəsmilər qısa müddətdə keçirilə biləcək mümkün görüş üçün hazırlıqların davam etdirildiyini bildiriblər.

Məlumata görə, “Bizə danışıqların istənilən gün keçirilə biləcəyi deyilib” – deyə rəsmi mənbələrdən biri qeyd edib.

Açıqlamada bildirilir ki, İslamabadın böyük hissəsi, o cümlədən əsas hökumət əraziləri artıq ikinci həftədir bağlıdır və bu vəziyyət şəhərdə nəqliyyat, ərzaq təminatı və gündəlik həyatda ciddi çətinliklər yaradıb.

Qeyd olunub ki, əvvəlki danışıqlar raundu ərəfəsində tətbiq edilən məhdudiyyətlər hələ də aradan qaldırılmayıb və növbəti mərhələnin gözlənilməsi fonunda rejimin davam etdirildiyi bildirilir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью